İllər sonra yenidən Premyer Liqada

25.04.2025

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan I Liqasında 23-cü tura yekun vurulub. 

“Qafqazinfo” xəbər verir ki, bugünkü görüşlər həm çempionun, həm də Premyer Liqaya vəsiqəni təmin edən komandaların müəyyənləşməsi ilə əlamətdar olub. 

“Karvan” “Cəbrayıl”la görüşdən qalib ayrılıb - 2:0. 

“İmişli” isə səfərdə “Zaqatala”ya eyni hesabla qalib gəlib.

Bununla da sona 4 tur qalmış, “İmişli” və “Karvan” ilk üçlükdəki yerini təmin edərək uzun illər sonra Premyer Liqaya vəsiqə qazanıblar. “Qəbələ” isə buna çempion kimi nail olub.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью