İllərdir küsülü olan eks “WTrio”çular bir arada FOTOLAR

04.12.2024

Icma.az, Shownews saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"W-trio" qrupunun keçmiş üzvləri, Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova illər sonra bir araya gəliblər.

İlərdir küsülü olan sənətçilər süfrə arxasında əyləşərək səmimi fotolar çəkdiriblər. Onlar şəkilləri sosial şəbəkədə izləyiciləri ilə bölüşüblər.

Qeyd edək ki, "W-trio" 2006-cı ildə fəaliyyətini dayandırıb. Buna səbəb isə qrup üzvlərinin solo karyeraya başlaması olub. Bir müddət əvvəl Natavan birlikdə mahnı oxuyacaqlarını, Yeni ildə təqdim edəcəklərini açıqlayıb. Onların bir araya gəlmə səbəbi də bu olub. Natavanla Röya bir müddət əvvəl barışsa da, Elnarə hər iki ifaçı ilə danışmırdı.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью