İllərdir küsülü olan Elnarə, Röya və Natavan bir arada Fotolar

03.12.2024

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"W-trio" qrupunun keçmiş üzvləri, Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnarə Xəlilova illər sonra bir araya gəliblər.

Axşam.az xəbər verir ki, illərdir küsülü olan sənətçilər süfrə arxasında əyləşərək səmimi fotolar çəkdiriblər. Onlar şəkilləri sosial şəbəkədə izləyiciləri ilə bölüşüblər.

Qeyd edək ki, "W-trio" 2006-cı ildə fəaliyyətini dayandırıb. Buna səbəb isə qrup üzvlərinin solo karyeraya başlaması olub. Bir müddət əvvəl Natavan birlikdə mahnı oxuyacaqlarını, Yeni ildə təqdim edəcəklərini açıqlayıb. Onların bir araya gəlmə səbəbi də bu olub. Natavanla Röya bir müddət əvvəl barışsa da, Elnarə hər iki ifaçı ilə danışmırdı.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью