İllərdir qapalı məkanlarda dinlədiyimiz o səs Bulvarda yeni nəfəs tapdı

04.05.2026

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Biz illərdir cazı daha çox qapalı salonların, ağır pərdələrin, səssiz tamaşaçı sıralarının içində dinləməyə öyrəşmişdik. Bu musiqi sanki müəyyən zövq çevrəsinin, seçilmiş auditoriyanın “özəl dili” kimi təqdim olunurdu. Halbuki cazın mahiyyəti sərbəstlik və canlı ünsiyyətdir. Bu dəfə isə həmin musiqi çərçivələri qıraraq şəhərin ən açıq məkanlarından biri olan Bulvara daşındı. İndi təsəvvür edin, bir tərəfdə şərab qədəhini yavaş-yavaş çevirib musiqinin ritminə uyğun düşüncələrə dalanlar, digər tərəfdə isə təsadüfən yolunu buradan salıb “bu nə musiqidir belə?” deyə maraqla dayanıb qulaq asan insanlar. Bu kontrast, bu müxtəliflik, elə əsl Bakı mənzərəsi də məhz budur...
Demokrat.az xəbər verir ki, Bakının mədəni həyatına fərqli rəng qatan ilk "Caz və Şərab" festivalı başa çatıb. Bir neçə gün əvvəl start götürən və hər gün saat 13:00-dan 23:00-dək qapılarını qonaqların üzünə açan festival minlərlə insanın əsas görüş yerinə çevrilib. Bulvarın Kukla Teatrı yaxınlığındakı ənənəvi yarmarka ərazisində açıq səma altında qurulan xüsusi pavilyonlar və dequstasiya guşələri şəhər sakinlərinə unudulmaz anlar bəxş edib.
Читать полностью