İllərdir təmir edilməyən yola operativ nəqliyyat vasitələri də girmir VƏTƏNDAŞ ŞİKAYƏTİ Vİ…
Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Masallı rayonu Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində yaşayan sakinlər yolların uzun müddətdir bərbad vəziyyətdə olmasından şikayət edirlər.
Avtosfer.az xəbər verir ki, məhəllə ərazisində yol infrastrukturunun yararsız vəziyyətdə olması gündəlik həyatda ciddi çətinliklər yaradır.
Sakinlərin sözlərinə görə, yol örtüyü, demək olar ki, tamamilə sıradan çıxıb. Xüsusilə yağışlı havalarda vəziyyət daha da ağırlaşır.
Bir az yağış yağan kimi yol palçığa çevrilir və nəqliyyat vasitələrinin hərəkəti mümkünsüz hala gəlir.
Piyadalar, xüsusilə uşaqlar və yaşlılar üçün yol keçilməz vəziyyətə düşür. Müasir avtomobillər məsuliyyətsiz sürücüləri “tərbiyə edir”?
- ARAŞDIRMA Ramazanlı məhəlləsinin bəzi ərazilərində avtomobillərin palçığa batması adi hala çevrilib.
Sakinlər bildirirlər ki, təcili tibbi yardım, digər operativ nəqliyyat vasitələri yolun bərbad vəziyyəti səbəbindən məhəlləyə daxil olmaqda çətinlik çəkir.
Tam oxu
Xəbəri oxu