Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yutub video platformasında indiyə qədər trend olan və ən çox baxış sayı toplayan ifaların adları açıqlanıb. Bunlar arsında müxətlif ölkələrdən olan müğəni və reperlərə aid kompozisiyalar yer alır.
BAKU.WS xarici KİV-ə istinadən qlobal yutub trendində ən çox izlənilən mahnıların kliplərini təqdim edir:
Siyahıda amerikalı müğənni Bruno Marsın, Mark Ronsonla ifa etdiyi "Uptown Funk" adlı mahnısı yer alıb. İfa yutubda 5 milyarddan çox izlənilib.
Növbəti yerdə 13 il əvvəl hər bir ölkədə hit olan və sevilən "Gangam style" mahnısı yer alır. Bu ifa koreyalı Park Jae-sang tərəfindən oxunub. Tərzi və üslubu ilə musiqi sektoruna yenilik qatıb. Mahnı bütün ölkələrdə böyük sensasiyaya səbəb oldu.
İllər əvvəl məşhur müğənni Ed Şiranın bir mahnısı da yutubu alt-üst edən ifalardan olub. "Shape of You" qısa müddətdə hit olaraq 6 milyard 648 milyondan çox baxış sayı toplayıb. Mahnı sadəcə musiqisi ilə bütün trendləri geridə qoyaraq populyarlıq qazanıb.
Amerikalı reper Uiz Kalifa ilə Çarli Pusun ifa etdiyi "See You Again" adlı ifa illər əvvəl təqdim edilsə də, bu gün də trendlərdə ilk sıralardadır. Mahnını 7 milyarda yaxın insan izləyib. Sözügedən ifa mərhum aktyor aktyor Paul Uolkerə həsr edilib.
Puerto-Rikolu müğənni Luis Fonsi, Daddi Yankeenin dueti olan "Despasito" da qlobal yutub trendində ən çox izlənilən mahnılardan biridir. Mənası ispancadan "yavaşca, sakitcə" kimi tərcümə olunur. 12 yanvar 2017-ci ildə işıq üzü görən mahnı "Billboard Music Awards", "American Music Awards", "Latin Grammy Awards" kimi mükafatlara layiq görülüb.