İllərin sınağından çıxan ilk və yeganə dərslik Qəzənfər Paşayev yazır | Icma.az
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qəzənfər PAŞAYEVRespublika Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü, Əməkdar elm xadimi, professor Görkəmli ədəbiyyatşünas alimimiz, professor Elman Quliyev uzun illər “Türk xalqları ədəbiyyatı” dərsliyi üzərində çalışır.
Təhsil Nazirliyinin qrifi ilə 2011-ci ildə ilk dəfə çap olunan dərsliyin təkmilləşdirilmiş yeni çapı (Bakı, “Elm və təhsil”, 2025, 864 s.) təzəcə işıq üzü görmüşdür.
Dərslik illərin sınağından çıxan və Azərbaycanın əlaqədar dövlət universitetlərinin tədris proqramlarına cavab verən ilk və yeganə dərslikdir.
Dərsliyə tanınmış alim və ictimai xadim, millət vəkili, Beynəlxalq Mahmud Kaşqari Fondunun Prezidenti Cavanşir Feyziyev “Böyük türk ideallarına xidmət edən kitab” adlı son dərəcə maraqlı, dərsliyin məqsəd və amalını açıqlayan “Ön söz” yazmışdır.
Cavanşir müəllim doğru olaraq xüsusi vurğulayır ki, ümumtürk həmrəyliyi və birliyinin möhkəmlənməsi və inkişafında ədəbiyyatın rolu böyükdür.
Məqalədə İbn Sina, Nizami, Nəsirəddin Tusi, Cəlaləddin Rumi, Nəsimi, Füzuli, Nəvai, Məxtumtuqulu, Abay, Çingiz Aytmatov, Şəhriyar, Səməd Vurğun kimi ədəbiyyat korifeylərinin bədii irsi mənəviyyatımızın zəngin xəzinəsi kimi dəyərləndirilir və bu çərçivədə mühüm vasitə hesab olunduğunu və ortaq mədəniyyət konsepti yaratdığını qeyd edir.
“Türk xalqları ədəbiyyatı” türk xalqları arasında yaranan mənəvi körpünün ən sağlam dayaqlarından biridir.
Tam oxu
Xəbəri oxu