Icma.az bildirir, Olay.az portalına istinadən.
Əfsanəvi “Kurtlar Vadisi” serialında “Nesrin” obrazını canlandıran İpek Tenolcay serialdakı rolunun gündəlik həyatına təsirindən danışıb.
OLAY yazır ki, aktrisa bildirib ki, uzun müddət insanlar onu küçədə və gündəlik həyatda “Nesrin yenge” kimi tanıyıblar və bu səbəbdən müxtəlif situasiyalar yaşayıb.
O, illərlə dayanacaqda pul ödəmədiyini, qarşılandıqda “xoş gəldin Nesrin yenge” deyildiyini, ödəniş etmək istədikdə isə “heç vaxt olmaz, Çakır abiyə salam” kimi reaksiyalarla qarşılaşdığını qeyd edib. Tenolcay bunun zarafat olmadığını, həyatının bir müddət bu şəkildə davam etdiyini bildirib.