“İllərlə qazanılan etibarı itirmək bir anlıq məsələdir...”

25.06.2026

Icma.az, Adelet.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Beynəlxalq Bankının (ABB) bəzi kart əməliyyatları ilə bağlı texniki problem yaranıb.

Bu barədə bankın müştərilərinə mobil tətbiq vasitəsilə sms bildirişi göndərilib.

Adalet.az xəbər verir ki, məsələylə bağlı danışan iqtisadçı Eldəniz Əmirov bildirib ki, bank sektorunda ən vacib məsələ etibardır.

“Belə hadisələr təkcə bir banka yox, bütövlükdə bank sisteminə olan etimada zərbə vurur. İllərlə qazanılan etibarı itirmək bir anlıq məsələdir, amma onu yenidən bərpa etmək illər çəkə bilər. Ona görə də banklar təhlükəsizlik sistemlərinə, proqram təminatının yenilənməsinə, güclü texniki infrastruktura və peşəkar mütəxəssislərə daha çox vəsait ayırmalıdırlar. Bu xərclər xərc deyil, müştərinin etimadına qoyulan investisiyadır”, - deyə o, bildirib. 

Vasif ƏLİHÜSEYN

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью