İllik 15% gəlir vəd edən istiqrazlar tam yerləşdirilib 1 milyon manatlıq yerləşdirmə

23.11.2026

Icma.az, Marja.az saytına istinadən bildirir.

“International” Bank Olmayan Kredit Təşkilatı (BOKT) ASC-nin 1 milyon manatlıq istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi başa çatıb.

Marja.az Bakı Fond Birjasının məlumatına istinadən xəbər verir ki, 23 noyabr 2026-cı il tarixində şirkətin AZ2053021021 ISIN kodlu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Emissiya çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 10 min ədəd təmin edilməmiş, sənədsiz, adlı istiqraz buraxılıb. İstiqrazların ümumi buraxılış həcmi 1 milyon manat təşkil edib.

Yerləşdirmə zamanı istiqrazların hamısı satılıb. Belə ki, istiqrazların reallaşdırılmış həcmi 1 milyon manat, nominal qiymətlə sifarişlərin ümumi məbləği də 1 milyon manat olub.

Hərracda 50 investor iştirak edib və ümumilikdə 50 sifariş qeydə alınıb.

İstiqrazların ilkin gəlirlilik faizi illik 15% təşkil edib. Qiymətli kağızların minimal, maksimal, kəsmə və ortaçəkili qiyməti nominal dəyərə bərabər – 100 manat (15% gəlirliliklə) olub.

İstiqrazların tədavül müddəti 24 ay, faiz ödənişlərinin dövriliyi isə hər 30 gündən bir müəyyən edilib.

Beləliklə, nominal dəyəri 100 manat olan bir istiqraz üzrə illik 15 manat, 1 milyon manatlıq emissiya üzrə isə illik 150 min manat faiz gəliri nəzərdə tutulur. Bu məbləğlər sadə illik faiz hesablamasına əsaslanır.

İstiqrazların yerləşdirilməsi üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC olub.

Qeyd edək ki, Bakı Fond Birjasının Listinq Komitəsinin 12 noyabr 2026-cı il tarixli qərarı ilə BOKT “International” ASC-nin istiqrazlarının ticarətə buraxılmasına icazə verilib. Qiymətli kağızlar Standart Bazar Listinq seqmentinə daxil edilib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью