İllik 18% gəlir vəd edən istiqrazların ticarətinə icazə verilib

10.04.2026

Marja.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

10 aprel 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin 1 milyon manatlıq istiqrazlarınının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib. 

Marja xəbər verir ki, istiqrazların ilkin ticarət qiyməti 100 manat, sayı 10 000 ədəd, illik gəlirlilik dərəcəsi 18%, tədavül müddəti 3 ildir. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı:  BOKT "International” ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2045021022

İstiqrazların növü və forması:  Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması:  Kütləvi/Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti:  100 manat

İstiqrazların buraxılış həcmi:  1 000 000 manat

İllik gəlirlilik faizi:  18%

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  3 il

Ticarətə buraxılma tarixi:  Emitent tərəfindən bildiriləcək

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью