İllik iqlim maliyyələşdirməsinin 170 milyard dollara çatacağı proqnozlaşdırılır BƏYANAT

12.11.2024

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Bakıda keçirilən COP29-da Çoxtərəfli İnkişaf Bankları (Multilateral development banks (MDBs)) ölkələrə iddialı iqlim nəticələrinə nail olmaq üçün maliyyə dəstəyi və digər tədbirləri əks etdirən birgə bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB, EBRD) yaydığı məlumatda bildirilir ki, hesablamalara görə, aşağı və orta gəlirli ölkələr üçün illik cəmi iqlim maliyyələşdirməsi 120 milyard ABŞ dollarına çatacaq.
Yüksək gəlirli ölkələr üçün illik cəmi iqlim maliyyələşdirməsinin 50 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır.
Bəyanat - Afrika İnkişaf Bankı Qrupu, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Şurası İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf B tərəfindən yayılıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью