Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-ci il yanvar ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları (bank və qeyri-bank birlikdə) 31 milyard 946,7 milyon manat təşkil edib. Bu, ötən ilin yanvar ayının 1-i ilə müqayisədə 2 milyard 658,5 milyon manat və ya 9,1 faiz artım deməkdir.
Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, hesabat dövründə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 867,3 milyon manat, özəl banklar tərəfindən 22 milyard 195,7 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 883,7 milyon manat təşkil edib.
Qeyd edək ki, bu il yanvarın 1-nə bankların kredit portfelinin həcmi 30 milyard 63 milyon manata bərabər olub. Bunun da 16 milyard 106,3 milyon manatı biznes, 9 milyard 354,2 milyon manatı istehlak, 4 milyard 602,5 milyon manatı isə ipoteka kreditlərinin payına düşüb.
XQ