Icma.az, Olke.az portalına istinadən məlumat yayır. ABŞ Prezidenti Donald Tramp ilə məşhur iş adamı İlon Mask arasında yaşanan açıq qarşıdur
"Ölkə.az" musavat.com-a istinadla xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens (J.D.
Vance) bu münasibətlərin gərginləşməsindən təəssüfləndiyini bildirib.
“Prezidentə qarşı hər zaman loyallığımı qoruyacağam və ümid edirəm ki, İlon Mask zamanla yenidən sıralarımıza geri dönəcək,” – deyə Vens jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Tramp və Mask arasında son zamanlar fikir ayrılığı kəskinləşib.
ABŞ prezidenti İlon Maskı “qeyri-sabit davranış sərgiləyən adam” kimi tənqid edib.
Mask isə bəzi çıxışlarında Tramp administrasiyasını ələ salıb, Trampı isə çirkli keçmişi ilə təhdid edib.
Vitse-prezident Vens isə tərəflər arasında yaranmış bu qarşıdurmanın Respublikaçı komandada parçalanmaya səbəb ola biləcəyindən narahatdır.