İlon Mask ABŞ dən deportasiya edilməlidir

06.06.2025

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

"İlon Mask ABŞ-dən deportasiya edilməlidir".

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Trampın keçmiş müşaviri Stiv Bannon deyib. 

“The New York Times” qəzetinə danışan Bannon vergi qanunu ilə bağlı Trampla fikir ayrılığı olan Mask haqqında açıqlamalar verib.

Bannon bildirib ki, ABŞ rəhbərliyinə Mask ilə bütün müqavilələrin ləğv edilməsi lazım olduğunu söyləyib.

O, Mask barəsində narkotik istifadəsi və ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) Çinlə bağlı gizli məlumat alma səyləri də daxil olmaqla, müxtəlif mövzularda araşdırmaların aparılmasını istəyib.

“Onlar Maskın immiqrasiya statusu ilə bağlı rəsmi araşdırma açmalıdırlar, çünki onun qeyri-qanuni mühacir olduğuna  inanıram və dərhal ölkədən deportasiya edilməlidir” – Bannon deyib.

Cənubi Afrikada anadan olan və anası vasitəsilə Kanada vətəndaşlığını alan Mask həm də ABŞ vətəndaşıdır.

Qeyd edək ki, ötən həftə Ağ Evdəki vəzifəsindən ayrılan İ.Mask vergi qanun layihəsini sərt tənqid etdiyi üçün Trampla gərginlik yaşayıb. Mask həmçinin o olmasa, Trampın seçkilərdə uduzacağını söyləyib.

ABŞ Prezidenti Maskın açıqlamalarından çox məyus olduğunu bildirib.

Billurə Yunus
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью