Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Milyarder İlon Maskın rəhbərlik etdiyi "SpaceX" şirkəti Yerin alçaq orbitinə (YAO) üçüncü nəsil (Gen3) "Starlink" şəbəkəsinə aid təxminən 100 000 yeni internet peyki çıxarmağı planlaşdırır. "Space.com" saytının məşhur astronom Conatan Makdauələ istinadən yaydığı məlumata görə, şirkət artıq bununla bağlı ABŞ-nin Federal Rabitə Komissiyasına (FCC) rəsmi sənəd paketini və müvafiq sorğunu təqdim edib.
Astronomun hesablamalarına əsaslanaraq, layihənin bəzi texniki detalları açıqlanıb: Çəki və ölçü: Hər bir "Starlink Gen3" aparatı təxminən 2000-2500 kiloqram (2-2.5 ton) çəkiyə və ümumi sahəsi 300-400 kvadratmetr təşkil edən nəhəng günəş panellərinə malik olacaq. Hündürlük: Yeni nəsil kosmik aparatlar Yerdən 320-480 kilometr hündürlükdə yerləşən alçaq orbit seqmentində qərarlaşacaqlar.
Mənbə onu da qeyd edir ki, "SpaceX" bu qlobal şəbəkəni qurmaq üçün özünün təkrar istifadə olunan raket texnologiyasını maksimum güclə sınaqdan keçirir. Belə ki, şirkət bu yaxınlarda ağır "Falcon 9" raketinin çoxdəfəlik birinci pilləsini rekord həddə — 36-cı dəfə kosmosa fırladaraq sağ-salamat geri qaytarıb. Bundan əlavə, cari ilin iyul ayında keçirilən "Transporter-17" missiyası çərçivəsində şirkət tək bir raket buraxılışı ilə Yerin alçaq orbitinə eyni anda 81 ədəd peyk yerləşdirərək növbəti sənaye uğuruna imza atıb.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ