İlon Mask: ABŞ sürətlə müflisləşir

23.11.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Amerikalı milyarder və sahibkar İlon Mask hesab edir ki, ABŞ sürətlə müflisləşməyə doğru gedir.

“Report” xəbər verir ki, o, bu barədə ABŞ-nin dövlət büdcəsi ilə bağlı problemlərin həllinin zəruriliyi barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) bəyanatına cavab olaraq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

DOGE-nin paylaşımında qeyd olunur ki, 2001-ci ildən bəri ABŞ büdcəsində profisit müşahidə olunmayıb. 2023-cü ildə ölkə hökumət 6,16 trilyon dollar xərcləyib, lakin yalnız 4,47 trilyon dollar əldə edib. Departamentdə ABŞ-nin dövlət büdcəsinin balanslaşdırılmasına çağırılıb.

“Amerika hazırda iflasa doğru gedir”, - İ.Mask bildirib.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью