İlon Mask adını dəyişib

31.12.2024

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biznesmen, "X"in sahibi, həmçinin "SpaceX", "Tesla" və "Neuralink" şirkətlərinin rəhbəri İlon Mask qeyd edilən sosial şəbəkədəki profilinin adını dəyişib. Milyarderin yeni adı Kekius Maksimus (Kekius Maximus) olub.

Bundan əlavə, Mask öz profilinin avatarını da dəyişib: indi orada qədim Roma Legionerinin hərbi formasında "Pepe qurbağası" təsvir olunub. Personajın əlində "PlayStation 4"ün "DualShock 4"ünə bənzər "controller" var.

Milyarder öz profilindəki dəyişiklikləri şərh etməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью