İlon Mask Ağ Evdə nə yaşayıb? Atası açıqladı

08.06.2025

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

İlon Maskın atası Errol Mask oğlunun Ağ Evdəki fəaliyyəti nəticəsində posttravmatik stress pozuntusu (PTSP) yaşadığını bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “İzvestiya”ya verdiyi müsahibədə danışıb.

“Düşünürəm ki, İlon bir səhv etdi, amma bu, yorğunluqdandır. O, stres altındadır”, – deyə Mask bildirib.

Errol Mask qeyd edib ki, son beş ay ərzində Ağ Evdə gərgin iş mühiti hökm sürüb və bu, oğlunun psixoloji vəziyyətinə təsirsiz ötüşməyib.

Aysel Əliyeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью