İlon Mask Ağ Evə qayıdı

19.11.2025

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Donald Trampla aralarında aylarla davam edən gərginlikdən sonra İlon Mask yenidən Ağ Evə qayıdıb.

"Yeni Sabah" xəbər verir ki, onun dönüşü Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın şərəfinə verilən ziyafətə təsadüf edib.

Bu, onun Trampla mübahisələrdən sonra Ağ Evə ilk gəlişi sayılır.

Mask ziyafətdə ABŞ-nin tanınmış şirkətlərinin rəhbərləri – "Apple"dan Tim Kuk, "Nvidia"dan Censen Huand, "Pfizer"ən Albert Burla, "Citigroup"un rəhbəri Ceyn Freyzer və başqaları ilə yanaşı oturub.

FIFA prezidenti Canni İnfantino və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan oynayan Kriştiano Ronaldo da dəvətlilər arasında olub.

Mask Trampla eyni masada oturmasa da, onun tədbirdə iştirakı tərəflər arasındakı buzların əriyən ilk işarəsi kimi qiymətləndirilib. Keçmişdə Mask Trampla sərt şəkildə toqquşmuş, hətta onun impiçmentini tələb etmişdi. Lakin son aylarda qısa telefon danışığı və bir neçə tədbirdə ayaqüstü söhbətlər münasibətlərin yumşaldığını göstərib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью