Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
Dünyanın ən zəngin iş adamı İlon Mask amerikalılara alternativ seçim yaratmaq barədə düşünür.
Reyting.az xarici KİV-ə istinadla xəbər verir ki, milyarder İlon Mask bu barədə “X” sosial şəbəkəsində yazıb.
Prezident Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini bir daha sərt tənqid edən iş adamı ABŞ-da yaranacaq yeni siyasi partiyanın mümkün adı ilə bağlı təklif irəli sürüb.
“Əgər bu sərsəm qanun layihəsi qəbul olunarsa, ertəsi gün “Amerika” Partiyası yaradılacaq”,- Mask yazıb.
E. KAMAL