İlon Mask Assancın əfv edilməsini dəstəklədi Xəbər saytı Son xəbərlər və Hadisələr | Icma.…
Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Amerikalı iş adamı İlon Mask "X" sosial şəbəkəsində ABŞ konqresmenləri Tomas Massi və Ceyms MakQovernin prezident Co Baydenə WikiLeaks-in qurucusu, jurnalist Culian Assancı əfv etmək xahişini dəstəkləyib.
BAKU.WS xəbər verir ki, amerikalı milyader bu barədə "X" şəbəkəsində paylaşım edib.
Bir gün əvvəl "The Guardian" qəzeti yazıb ki, MakQovern və Massi Baydenə məktub göndərərək ondan Assancı əfv etməsini istəyiblər.
Assanc "WikiLeaks" platformasını yaratmaqla və yüz minlərlə məxfi material yayımlamaqla dünya miqyasında tanınıb.
2019-cu ildən bəri o, Londonda yerləşən "Belmarş" ağır rejimli həbsxanasında saxlanılırdı.
O, Ekvadorun Londondakı səfirliyindən çıxarılaraq həbs edilmişdi.
ABŞ uzun müddət onun ekstradisiyasına çalışsa da, Assancın müdafiəçiləri bunu əngəlləməyə çalışırdı.
Tam oxu
Xəbəri oxu