Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bizimyol.info xəbər verir ki, bu barədə Mask "X" sosial şəbəkə hesabında yazıb.
"Avropa İttifaqı ləğv edilməli və hər bir ölkəyə suverenliyi geri verilməlidir ki, dövlətlər öz xalqlarını daha yaxşı təmsil edə bilsinlər", – deyə o qeyd edib.
Əvvəlcə bildirilib ki, Avropa Komissiyası (AK) "X"ə qarşı aparılan araşdırma çərçivəsində yeni aspektləri təhlil edir. Komissiya, Avropa İttifaqının rəqəmsal xidmətlər qanunu (Digital Services Act, DSA) ilə bağlı tələblərinin yerinə yetirilməsini araşdıran bir neçə mövzuya baxır.
"X" platformasına qarşı aparılan araşdırma 2023-cü ilin dekabrında başlamışdı. AK şirkəti, Avropa İttifaqında qadağan olunmuş məzmunu, məhkəmə qərarı olmadan silməyə məcbur edən rəqəmsal xidmətlər qanununun pozulmasında şübhəli bilib.
Bizimyol.info