İlon Mask BKS i təqaüdə göndərməyi təklif etdi

04.07.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

ABŞ-li iş adamı İlon Mask beynəlxalq ictimaiyyəti Marsa uçuşlara yönəlməyə çağırıb.

Oxu.Az xəbər verir ki, bu barədə o, "X" sosial hesabında müraciət yayımlayıb.

"İndi Beynəlxalq Kosmik Stansiyanı pensiyaya göndərib diqqəti Marsa yönəltməyin vaxtıdır", - deyə Mask qeyd edib.

2024-cü ildə Mask Marsın kolonizasiyası üçün ən azı 1 milyon insanın və bir neçə milyon ton yükün göndərilməsinin lazım olacağını və bunun 20 il ərzində mümkün olacağını bəyan etmişdi.

17 mart 2025-ci il tarixində isə o, insanın ilk dəfə Marsa gələcək 5-7 il ərzində ayaq basacağını açıqlayıb. Sahibkarın fikrincə, Marsda kolonizasiya üçün əsas məsələ Yer üzündə texnoloji inkişafın səviyyəsi olacaq. O bildirib ki, insanlar Marsda yalnız Yer planetindən asılı olmayaraq, həyatlarını qura və inkişaf etdirə bilərlərsə, orada qalıcı ola bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью