İlon Mask BMT yə qarşı | Icma.az
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Amerikalı sahibkar İlon Mask Birləşmiş Millətlər Təşkilatının (BMT) maliyyələşdirilməsini dayandırmağa çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə Tesla şirkətinin baş direktoru X sosial şəbəkəsində açıqlama verib.
Milyarder BMT-nin baş katibi Antonio Quterreşin rəqəmsal platformalardan insanları çaşdırmaq və nifrət təşkil etmək üçün istifadə edilməsindən danışdığı videoya münasibət bildirib.
Bu görüntüləri yayan istifadəçi qeyd edib ki, dünya təşkilatı “söz azadlığına müharibə elan edib”. Mask yazıb: "BMT-nin maliyyəsini kəsin".
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu