Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Birləşmiş Krallıq - polis dövlətidir," – deyə Mask qeyd edib. Bu, o zaman baş verib ki, "X"də paylaşdığı bir yazıda, Kardiff Krallıq Məhkəməsinin britaniyalını irqi təhqirlər ehtiva edən yazılarından dolayı 20 ay həbs cəzasına məhkum etməsi bildirilib. Maskın repost etdiyi yazıda, bu qərara imza atan hakim Tracy Lloyd-Clarkın, eyni zamanda "həbsxanaların doluluğu" səbəbindən azyaşlı qızın zorlanmasına görə həbs olunan kişini azad etmə qərarı verdiyi də qeyd olunub.
Oktyabr ayında Mask, Böyük Britaniyanın baş naziri Keir Starmerə qarşı sərt tənqidlər səsləndirərək, onu "boş başlı aktyor" adlandırmış və "digərləri ona nə deyəcəyini bildirir" demişdi.
13 sentyabrda isə ABŞ-ın milyarderi Londonda miqrantlara qarşı keçirilən etirazları dəstəkləyib. O, videokonfransla kütləyə müraciət edərək Starmerin hökumətini tənqid edib və "parlamenti buraxmağa" çağırıb. Mask, həmçinin bildirib ki, britaniyalılar "öz söz azadlığı hüquqlarından istifadə etməkdən qorxurlar" və BBC-ni "Böyük Britaniyanın dağıdılmasına kömək edən qurum" adlandırıb.
Qadir, Bizimyol.info