Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Amerikalı iş adamı İlon Mask Brüsseldə "böyük əvəzlənmə"nin baş verdiyini və hazırda uşaqların 70%-dən çoxunun avropalı köklərə malik olmadığını bəyan edib.
Oxu.Az xəbər verir ki, milyarder bu barədə "X" platformasındakı hesabında yazıb.
"Avropa İttifaqının paytaxtı Brüsseldə uşaqların 73%-i avropalı deyil. Böyük əvəzlənmə artıq baş verib", - deyə o bildirib.
Bu paylaşım şəhərdəki uşaqların 72.9%-nin miqrant ailələrində doğulduğunu göstərən statistikaya reaksiya olaraq edilib.