İlon Mask Ceyms Vens barədə: Gələcək prezidentimiz

28.02.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri (DOGE) İlon Mask vitse-prezident Ceyms Devid Vensin gələcəkdə dövlət başçısı olacağını deyib.

Oxu.Az xəbər verir ki, bu barədə Mask "X" hesabında Vens haqqında paylaşımı şərh edərkən bildirib.

"Ən yaxşı vitse-prezident və gələcək prezidentimiz", - deyə o yazıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın bir neçə tərəfdarı onun daha bir müddətə seçilə bilməsi üçün konstitusiyaya dəyişiklik edilməsi imkanlarını öyrənir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью