İlon Mask: COVID 19 un yaranmasında USAID əsas rol oynayıb

29.06.2026

Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) COVID-19-un yaranmasında əsas rol oynadığını iddia edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Mask bu barədə "X" sosial şəbəkəsində bir istifadəçinin paylaşımına münasibət bildirərkən yazıb.

Həmin paylaşımda USAID-in Uhan Virusologiya İnstitutuna 53 milyon dollar vəsait ayırdığı iddia olunub.

"USAID-in maliyyələşdirməsi COVID-19-un yaradılmasında mərkəzi rol oynayıb",- deyə İlon Mask rəydə qeyd edib.

Qeyd edək ki, Maskın bu açıqlaması şəxsi mövqeyini əks etdirir. COVID-19-un mənşəyi ilə bağlı elmi və rəsmi araşdırmalar hələ də müzakirə mövzusudur və Maskın iddiasını təsdiqləyən yekun elmi konsensus mövcud deyil.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью