İlon Mask Cozef Baydeni Ukraynada “əbədi müharibəni” maliyyələşdirməkdə ittiham edib AZƏRTAC

27.11.2024

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 27 noyabr, AZƏRTAC

ABŞ Prezidenti Cozef Bayden Konqresdən Ukraynaya yardım üçün əlavə vəsait istəməklə “əbədi müharibəni” maliyyələşdirir.

AZƏRTAC xəbər verir ki, İlon Mask bu ittihamı “X” sosial şəbəkəsində irəli sürüb.

“Politico” nəşrinin məlumatına görə, Prezident Cozef Bayden noyabrın 25-də Ukraynaya 24 milyard dollar ayrılması ilə bağlı ABŞ Konqresinə müraciət edib. Vaşinqton administrasiyası 16 milyard dolların əvvəllər Kiyevə göndərilən silahların yerinin doldurulması üçün istifadə olunmasını, 8 milyard dolların isə Təhlükəsizliyə Yardım Təşəbbüsü xətti ilə Ukraynaya verilməsini təklif edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью