Icma.az bildirir, Avtosfer portalına istinadən. Avropada elektromobil satışları noyabrda da aşağı düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə Avropa Avtomobil Federasiyaları Assosiasiyası məlumat yayıb.
Statistikaya görə, noyabrda İttifaqda 130 575 elektromobil satılıb ki, bu da 9,5% geriləmə deməkdir.
İl ərzində elektromobillərin bazar payı 16,5%-dən 15%-ə enib.
Maraqlıdır ki, bazarı təhlil edərkən 1 markanın ciddi geriləməsinin şahidi oluruq.
2023-cü ilin noyabrında 327 600 maşın satan Tesla şirkəti keçən ay cəmi 282 700 maşın sata bilib.
Digər markalarda isə geriləmə ya cüzidir, ya da ümumiyyətlə yoxdur.
Teslanı statistikaya daxil etməsək, ötən ay Avropada elektromobil satışı 1,5% artıb. Bəs onda avropalıları tesladan küsdürən nədir?