İlon Mask: Dövlət büdcəsinin kəsirini 1 trilyon dollar azalda bilərik | Icma.az
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır. "Prezidentin dəstəyi ilə büdcə kəsirini 2 trilyondan 1 trilyona qədər azalda bilərik".
Oxu.Az-ın məlumatına görə, ABŞ Hökumətinin Səmərəlilik Departamentinin rəhbəri (DOGE) İlon Mask bununla bağlı Ağ Evdə fevralın 11-də keçirilmiş brifinqdə dediyi fikirlərini "X" hesabından paylaşıb.
Maskın fikrincə, buna ictimai rifaha xidmət etməyən qaydaların ləğvi ilə nail ola bilərlər.
O əlavə edib ki, kəsir azalsa, 2026-cı ildə ümumiyyətlə inflyasiya barədə unudacaqlar: "İctimai rifaha xidmət etməyən bir çox qaydalar var.
ABŞ-nin qurucularına bu fəaliyyətlərində azadlıq verilməlidir.
Əgər bunu etsək, düşünürəm ki, iqtisadi artımı 3.4, bəlkə də 5%-ə çatdıra bilərik.
Bu o deməkdir ki, əgər siz bir trilyon dollar iqtisadi artım əldə edə bilsəniz və indidən gələn ilə qədər büdcə kəsirini bir trilyon azaltsanız, inflyasiya olmayacaq.
2026-cı ildə inflyasiya olmayacaq". Mask əlavə edib ki, əgər hökumət daha az borclanırsa, bu o deməkdir ki, faiz xərcləri azalır.
Tam oxu
Xəbəri oxu