Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
"SpaceX"in təsisçisi İlon Mask "Google"un onun şirkətindən əlavə hesablama güclərini icarəyə götürməkdə maraqlı olduğunu bildirib.
"Report" xəbər verir ki, Mask bu barədə şənbə günü "X" sosial şəbəkəsində yazıb.
O digər təfərrüatları açıqlamır.
"Google" və "SpaceX" hələ "SpaceX" birjaya çıxmazdan əvvəl bulud xidmətləri barədə çoxillik müqavilə bağlayıblar. İyunda məlum olan razılaşmanın şərtlərinə əsasən, 2026-cı ilin oktyabrından 2029-cu ilin iyununa qədər "Google" "SpaceX"ə ayda 920 milyon dollar ödəməlidir. Müqavilə "Nvidia"nın təxminən 110 min qrafik prosessoruna, həmçinin mərkəzi prosessorlara, yaddaşa və hesablama infrastrukturunun digər komponentlərinə çıxışı nəzərdə tutur.
May ayında "Google"un rəqibi olan "Anthropic" şirkəti də "SpaceX"in hesablama resurslarından istifadə ilə bağlı razılığa gəldiyini bildirib. İyunda "SpaceX" tənzimləyiciyə "Google" və "Anthropic" ilə razılaşmalarının ümumi dəyərinin 70 milyard dolları keçdiyini əks etdirən sənəd təqdim edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin