İlon Mask haqqında film çəkildi

03.09.2026

Kulis.az saytına istinadən Icma.az xəbər verir.

"Oskar" mükafatlı rejissor Aleks Qibninin qalmaqallı milyarder İlon Maskın həyatından bəhs edən "Musk" sənədli filmi tezliklə nümayiş olunacaq.

Kulis.az xəbər verir ki, milyarderin həyatını heç bir bəzək-düzəksiz, bütün çılpaqlığı və dəqiqliyi ilə araşdıran ekran işi hələ premyeradan əvvəl ciddi rezonans doğurub.

Belə ki, İlon Mask layihəyə kəskin etirazını bildirərək onu özünə qarşı yönəlmiş "qaralama kampaniyası" adlandırıb.

Lakin böyük maraqla gözlənilən sənədli filmin ən heyrətamiz və qeyri-adi tərəfi onun finalında səslənən bağlanış kompozisiyası ilə bağlıdır. Devid Börn və Daniel Pemberton ekran əsərinin sonluğu üçün "Let Me Sell You A Dream" ("İcazə ver, sənə bir xəyal satım") adlı mahnı ilə çıxış ediblər.

Mahnının sözləri başdan-ayağa İlon Maskın çıxışlarından və müxtəlif dövrlərdə verdiyi qalmaqallı müsahibələrdən yığılıb. Ərsəyə gələn qeyri-adi musiqi parçası haqqında danışan Devid Börn layihənin pərdəarxası sirrini belə açıqlayıb:

"İnternetdən onun bütün vacib açıqlamalarını bircə-bircə topladım. Mətnə heç bir subyektiv şərh və ya əlavə kəlmə daxil edilməyib, mahnının hər bir sətri birbaşa onun öz dilindən çıxan sözlərdir".

Məşhur rejissor xəbərdarlıq etdi - Süni intellektlə bağlı Məşhur müğənni əməliyyat olundu Şair Çingiz Əlioğlu “Qurd qapısı” qəbiristanlığında dəfn edildi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью