İlon Mask haqqında sənədli film ətrafında qalmaqal

13.10.2026

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

İlon Maskın həyatına və fəaliyyətinə həsr olunan yeni sənədli film beynəlxalq yayım məsələsi ilə gündəmə gəlib.

Kulis.az xəbər verir ki, filmin rejissoru Aleks Cibni “Universal Pictures” şirkətinin ekran əsərinin xarici ölkələrdə nümayişi məsələsində tərəddüd etdiyini bildirib.

Rejissor bunun dünyanın ən varlı şəxslərindən biri haqqında çəkilən filmin hazırkı siyasi mühitdə problem yaradacağı ehtimalı ilə bağlı ola biləcəyini deyib. Şirkət isə əvvəlki açıqlamasında filmin yayım planlarının dəyişmədiyini vurğulayıb.

Təxminən 3 saat 45 dəqiqə davam edən “Musk” sənədli filmində sahibkarın siyasi mövqeləri, “Tesla”nın özünü idarə edən avtomobilləri ətrafındakı mübahisələr və onun şəxsi həyatı araşdırılır. Mask özü filmdə iştirak etmir. Rejissor onunla müsahibə almağa çalışsa da, buna nail olmadığını açıqlayıb.

Süni təbəssümlər, saxta rəqslər və böyük üsyan - Qadağalar altında kimlər qalib gəlir? Fotoqrafiya sənətinin 200 illiyi ilə bağlı festival keçiriləcək "İnsanın əzəməti təfəkküründə deyil, nəğməsində gizlənir..." - Fransua Moriakdan sitatlar
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью