İlon Mask həqiqətən başqa dünyada yaşayır? Sensasion iddia

29.06.2026

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyanın ən varlı insanlarından olan İlon Maskın insanların kompüter simulyasiyasında yaşadığına inanması üçün kifayət qədər əsasları var.

Turkustan.az xəbər verir ki, bunu Oksford Universitetinin alimi Nik Bostrom Nyu-York Universitetinin akademiki Maks Raskinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İlon Mask və ABŞ prezidenti Donald Tramp kimi qeyri-adi mövqedə olan şəxslərin simulyasiya hipotezinə inanması digər insanlarla müqayisədə daha məntiqli görünür.

Bostrom vurğulayıb ki, Mask bu fikrini öz həyatının qeyri-adiliyi ilə deyil, video oyunları və kompüter texnologiyalarının sürətli inkişafı ilə əlaqələndirir.

Filosofun fikrincə, simulyasiya hipotezi kainatın inkişaf etmiş bir sivilizasiya tərəfindən yaradılmış kompüter proqramı ola biləcəyini irəli sürür. O hesab edir ki, cəmiyyətdə böyük uğur qazanan və fərqli mövqeyə sahib insanların bu nəzəriyyəyə inanması daha əsaslı görünə bilər./publika.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью