Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Fransada jandarmlar 2025-ci ilin yanvar ayında başlanmış istintaq çərçivəsində X sosial media platformasının Parisdəki ofisində axtarış aparıblar.
Turkustan.az xəbər verir ki, Paris Dövlət Prokurorluğu X platformasının sahibi və Tesla şirkətinin baş direktoru Elon Maskı, həmçinin platformanın icraçı direktoru Linda Yakkarinonu 20 aprel tarixində Parisdə ifadə vermək üçün çağırıb.
Məlumata görə, axtarışlar ABŞ-da yerləşən X şirkətinin Paris ofislərində həyata keçirilib. Şirkətin yaydığı açıqlamada bildirilib ki, Paris Prokurorluğunun göstərişi ilə jandarm qüvvələri və Europol-un kibercinayətkarlıqla mübarizə bölməsi ofisdə yoxlama aparıb.
Araşdırma X platformasında inteqrasiya olunmuş süni intellekt aləti Grok-un Holokostu inkar edən və dərin saxta (deepfake) məzmun yayması ilə bağlı daxil olan çoxsaylı şikayətlərdən sonra genişləndirilib.
Paris Dövlət Prokurorluğu istintaq çərçivəsində X platformasının Fransadakı fəaliyyətini tərk etdiyini də açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az