İlon Mask ifrat sağçı AfD nin seçki kampaniyasına qoşulub

26.01.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Berlin, 26 yanvar, AZƏRTAC

Amerikalı milyarder İlon Mask ifrat sağçı Almaniya üçün Alternativ Partiyasının (AfD) seçki kampaniyasına qoşulub.

AZƏRTAC "Spiegel" qəzetinə istinadla xəbər verir ki, AfD-nin Halle (Saale) şəhərində təşkil olunan mitinqinə videokonfrans vasitəsilə qoşulan İ.Mask partiyaya dəstəyini bir daha ifadə edib.

İfrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) sədri Herbert Kikl də mitinq iştirkaçılarına videomüraciət ünvanlayaraq, AfD-yi dəstəklədiyini vurğulayıb.

Xatırladaq ki, AfD-nin bu mitinqinə etiraz əlaməti olaraq Halle şəhərində radikal sağ əleyhinə daha bir nümayiş də keçirilib. Gün ərzində Almaniyanın bir sıra böyük şəhərlərində, o cümlədən Berlində də ifrat sağa qarşı mitinqlər təşkil olunub.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью