İlon Mask İran rəsmisi ilə görüşdü Yeni Sabah

15.11.2024

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Milyarder İlon Mask Nyu-Yorkda İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə görüşərək ABŞ və İran arasında gərginliyin azaldılması yollarını müzakirə edib.

Yenisabah.az The New York Times-a istinadla xəbər verir ki, bunu adı açıqlanmayan 2 İran rəsmisi bildirib.

Mask və İrəvani Bazar ertəsi görüşüblər. Milyarderlə İrəvani arasında gizli yerdə görüş 1 saatdan çox davam edib. Bu, Maskın təşəbbüsü olub və məkanı İran rəsmisi seçib.

Mənbələr görüşü “müsbət” və “yaxşı xəbər” kimi qiymətləndiriblər.

Bundan əvvəl ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan etmişdi ki, Mask keçmiş prezidentliyə namizəd və sahibkar Vivek Ramasvami ilə birlikdə yeni Hökumətin Effektivliyi Departamentinə (DOGE) rəhbərlik edəcək.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью