İlon Mask İranın BMTdəki nümayəndəsi ilə müzakirə aparıb

15.11.2024

Icma.az, Azpost portalına istinadən məlumat verir.

ABŞ-li iş adamı Elon Mask və İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Vaşinqton və Tehran arasında münasibətlərdə gərginliyin azaldılması yollarını müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The New York Times“ məlumat yayıb.

Məlumata görə, görüş bazar ertəsi Nyu-Yorkda baş tutub və bir saatdan çox davam edib.

Nəşrin həmsöhbətləri danışıqları müsbət qiymətləndirib və bunu “yaxşı xəbər” hesab etdiklərini bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью