İlon Mask iranlılarla gizli görüş keçirib | Icma.az
Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
AzVision.az xəbər verir ki, İran rəsmilərinə istinad edən “The New York Times (NYT)” qəzetinin yazdığına görə, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın baş müşaviri olan texnoloji milyarder İlon Mask Tehranla ABŞ arasında gərginliyin aradan qaldırılması yolları barədə İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə müzakirələr aparıb.
“İran mənbələri Maskın səfir Əmir Səid İrəvani ilə görüşünün bir saatdan çox davam etdiyini və gizli bir yerdə baş tutduğunu bildiriblər.
Adının çəkilməsini istəməyən iranlılar görüşü “müsbət” və “yaxşı xəbər” kimi qiymətləndiriblər", - NYT yazıb.
Donald Trampın qərargahı və İlon Maskın özü bu məlumatı şərh etməyiblər.
Sahil İsgəndərov AzVision.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu