İlon Mask: Mars ABŞ nin bir hissəsi olacaq

01.11.2026

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask Marsın gələcəkdə ABŞ-nin bir hissəsi ola biləcəyini bildirib.

BAKU.WS xəbər verir ki, Mask bu açıqlamanı 2025-ci il martın 30-da ABŞ-nin Viskonsin ştatında keçirilən tədbirdə səsləndirib.

"Amerikada öləcəyəm. Heç yerə getmirəm. Bəlkə Marsa gedərəm, amma ora da ABŞ-nin bir hissəsi olacaq", – deyə o bildirib.

Maskın bu sözləri planetin gələcəyi və kosmosda suverenlik hüquqları ilə bağlı müzakirələrə səbəb olub. Bununla belə, onun açıqlaması Marsın ABŞ ərazisi elan edilməsi və ya bu istiqamətdə rəsmi qərar qəbul edilməsi demək deyil.

Qeyd edək ki, İlon Mask uzun müddətdir Marsa insan göndərilməsi və orada daimi yaşayış məskəninin yaradılması layihəsi üzərində çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью