İlon Mask: Məmurların əqli qabiliyyətləri yoxlanılmalıdır

24.12.2024

Reyting.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Amerikalı milyarder İlon Mask ABŞ-da məmurların əqli qabiliyyətlərinin yoxlanılmasını, sonra həmin şəxslərin təyinatları ilə bağlı qərar verilməsini təklif edib.
Reyting.az
-ın məlumatına görə, İ. Mask "X" sosial şəbəkəsində yazıb ki, amerikalı məmurların mütləq şəkildə, tam əhatəli qaydada əqli qabiliyyətləri yoxlanılmalıdır.
Onu da qeyd edək ki, bundan əvvəl 6 ay ərzində səsvermədə iştirak edə bilməyən 81 yaşlı amerikalı konqresmen Kay Qrencer xəstə olduğu üçün qocalar evinə düşmüşdü. Bunu xoşagəlməz göstərici sayan İ. Mask yazıb ki, bəlkə seçilmiş məmurlar üçün bir növ əsas koqnitiv test tətbiq etməliyik?
İ. Mask hazırkı vəziyyəti dəlilik adlandırıb.

Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью