İlon Mask motosiklet istehsalından çəkinir

02.12.2025

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Tesla" şirkəti heç vaxt motosiklet istehsal etməyib və gələcəkdə də belə planı yoxdur.

Reyting.az xəbər verir ki, bunu "Tesla"-nın sahibi İlon Mask bildirib.

"Electrek" nəşrinin yaydığı məlumata görə, sosial şəbəkədə süni intellektlə yaradılmış "Tesla" motosiklinin videosu yayıldıqdan sonra İlon Mask qeyd edib ki, ümumiyyətlə, "Tesla" avtomobil şirkəti motosikllər istehsal etmir.

O, bunu həm də təhlükəsizliklə əlaqələndirib.


İ. Mask xatırladıb ki, gənclik illərində motosiklet sürdüyü vaxtlarda ölümcül qəza keçirib və 17 yaşında motosiklet sürən zaman onu yük maşını vurub. Bu dəhşətli hadisə ona çox dərin təsir göstərib və qərar verib ki, gələcəkdə yüksək sürətli ikitəkərli nəqliyyat vasitələrinin reklamından, populyarlaşdırılmasından imtina etsin.

Mask əlavə edib ki, yalnız kros motosiklləri nisbətən təhlükəsiz sayıla bilər, çünki onlar qapalı traslarda hərəkət edir və qəza riski az olur.

Amerikalı milyarder süni intellektin ictimaiyyəti çaşdırmasından təəssüfləndiyini bildirib.

Oqtay QORÇU


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью