Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Hökumətin Effektivliyi Departamentinin rəhbəri, milyarder İlon Mask NATO-nu yenidən qurmağa çağırıb.AZƏRTAC xəbər verir ki, bu barədə İlon Mask sosial şəbəkədə paylaşım edib.“NATO-nu yenidən tamamilə formalaşdırmağa ehtiyac var”, - deyə o, rəhbəri olduğu X şəbəkəsində Yuta ştatından olan senator Mayk Linin paylaşımını şərh edərkən bəyan edib.
Qeyd edək ki, senator “soyuq müharibə başa çatandan” sonra NATO-nu anaxronizmə çevrilmiş alyans adlandırıb.Ötən ilin mart ayında Mask sərmayəçi Devid Daksın NATO-nun nüfuzunu itirdiyi və ləğv olunmağa ehtiyac olduğu ilə bağlı fikrini bəyənmişdi.“Doğrudur.
Həmişə NATO-nun mövcud olmasına təəccüblənmişəm, bir halda ki, onun rəqibi və mövcud olma səbəbi olan Varşava paktı ləğv olunub” – deyə Mask X sosial şəbəkəsində qeyd edib.
Onun bu bəyanatı bir çoxları tərəfindən tənqid olunub. Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.