Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
"SpaceX" şirkətinin qurucusu İlon Mask süni intellektə malik "Nvidia" superkompüterlərinin orbitə çıxarılması planlarını açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə ABŞ-li iş adamı özünün "X" sosial şəbəkə hesabında məlumat verib.
Sahibkarın proqnozlarına əsasən, bu layihənin icrasına 2027-ci ildə başlanması nəzərdə tutulur:
"Tam əminəm ki, gələn il "SpaceX" süni intellektlə işləyən "Nvidia GB200 NVL72" kompüterlərini kosmosa göndərəcək".
Xatırladaq ki, sentyabrın 10-da "SpaceX" Vandenberq kosmodromundan göyərtəsində məxfi yük olan "Falcon 9" raketini buraxıb.
Qeyd edək ki, "USSF-153" ABŞ-nin milli təhlükəsizlik maraqları çərçivəsində şirkətin ilin əvvəlindən bəri həyata keçirdiyi beşinci missiya olub. Bundan əvvəl ABŞ Kosmik Qüvvələri hərbi ehtiyaclar üçün qorunan yüksəksürətli peyk rabitə şəbəkəsinin yaradılması məqsədilə "SpaceX" ilə 2.29 milyard dollarlıq müqavilə imzalayıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin