Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask Ostin ilə San-Antonio arasında “Hyperloop” qurmağı planlaşdırır.
Banco.az xəbər verir ki, İlon Maskın tunel şirkəti “The Boring Company” Ostin və San Antonio şəhərlərini birləşdirəcək yeni nəqliyyat layihəsi üzərində işləyir. Mask iki şəhər arasındakı səfər müddətini 30 dəqiqədən də aza endirməyi hədəflədiklərini açıqlayıb.
“The Boring Company”nin yaydığı açıqlamada Maskın bu sözləri paylaşılaraq belə nəhəng infrastruktur layihəsini həyata keçirməyin şirkət üçün həyəcanverici olacağı bildirilib. “The Boring Company”nin açıqladığı layihələrin bir çoxu, o cümlədən Çikaqo, Los-Anceles və Nyu-York ilə Vaşinqton arasındakı tunel sistemləri hələ reallaşdırılmayıb. Bununla belə, şirkət Las-Veqasda tunelləri yerüstü marşrutlarla birləşdirən nəqliyyat sistemi işlədir və yaxın zamanda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) rəhbərlik etdiyi 3 milyard dollarlıq investisiya raundunu tamamlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!