İlon Mask Parisdəki axtarışı siyasi hücum adlandırıb

04.02.2026

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

"X"in Parisdəki ofisində aparılan axtarış siyasi hücumdur.

"Report" xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi İlon Mask sosial media hesabında məlumat verib.

Mask sosial şəbəkənin Parisdəki ofisində baş verən basqınlarla bağlı bir nəşri şərh edərkən yazıb: "Bu, siyasi hücumdur".

Qeyd edək ki, Fransada Prokurorluğun kibercinayətkarlıqla mübarizə şöbəsi Avropol və Fransa polisi ilə əlaqələndirilmiş şəkildə amerikalı milyarder İlon Maska məxsus "X" sosial şəbəkəsinin Fransadakı ofislərində axtarış aparıb. Bu, sosial şəbəkənin alqoritmlərinin işləməsi ilə bağlı şikayətlərdən sonra 2025-ci ilin yanvar ayında ona qarşı başlanan istintaqla bağlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью