Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizimyol.info xəbər verir ki, Mask sosial şəbəkə hesabında BMT-nin müxtəlif ölkələr üzrə doğum göstəricilərinə dair məlumatlarına münasibət bildirib.
O qeyd edib ki, Avropa İttifaqının 27 ölkəsindən 21-də ölüm sayı doğum sayını üstələyir. “Onlar (Qərb ölkələri) yox olmağa doğru gedirlər”, – deyə Mask yazıb.
Maskın bu açıqlaması dünyanın aparıcı iqtisadiyyatlarında doğum səviyyəsinin uzunmüddətli azalmasını göstərən statistik məlumatlar fonunda səslənib. BMT-nin məlumatlarına əsasən, Böyük Britaniya, Cənubi Koreya, Fransa, Almaniya, ABŞ və Yaponiya kimi ölkələrdə doğum əmsalı 1950-ci ildən etibarən ümumilikdə azalma tendensiyası nümayiş etdirir.
Ekspertlər bildirirlər ki, bir sıra inkişaf etmiş ölkələrdə aşağı doğum səviyyəsi, yaşlanan əhali və əmək bazarında yaranan problemlər mühüm sosial-iqtisadi çağırışlardan biridir. Bununla belə, demoqrafik dəyişikliklərin nəticələri ölkələrin miqrasiya siyasəti, iqtisadi imkanları və sosial proqramlarından da asılıdır.
İlon Mask daha əvvəl də əhalinin azalması məsələsinə diqqət çəkib və aşağı doğum səviyyəsinin uzunmüddətli perspektivdə ciddi problemlərə səbəb ola biləcəyini vurğulayıb.
Bizimyol.info