İlon Mask Sorosun təltif olunmasına münasibət bildirib AZƏRTAC

05.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 5 yanvar, AZƏRTAC

ABŞ-ın ən yüksək mükafatı olan “Azadlıq medalı”nın milyarder Corc Sorosa verilməsi parodiyadan başqa bir şey deyil.

AZƏRTAC xəbər verir ki, bu açıqlama ilə məşhur iş adamı, “Tesla” şirkətinin qurucusu İlon Mask çıxış edib.

“Co Baydenin Sorosa “Azadlıq medalı”nı təqdim etməsi əsl parodiyadır” – deyə, Mask X hesabında yazıb.

Qeyd edək ki, təltif edilənlər arasında keçmiş dövlət katibi Hillari Klinton və futbolçu Lionel Messi də var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью